Mozilla Ailəsi

Mozilla Foundation – Mozilla Ailəsi

Bir çoxlarımız Mozilla Ailəsinin məhsullarını gündəlik həyatımızda işlədirik. Amma çoxları Mozilla haqqında məlumatsızdır.

Mozilla Foundation – Açıq Qaynaqlı Mozilla Proyektlərini dəstəkləyib, idarə edən qeyri-kommersial təşkilatdır. Bütün məhsulların inkişaf etdirilməsi üçün lazım olan maddi və texniki dəstəyi göstərir, rəsmi loqotiplərə nəzarət edir və başqa bir çox işləri öz əlində saxlayır.

22 yanvar 1998-ci ildə Netscape Communications Corporation, brauzerlərlə olan müharibədə uduzduqdan sonra Netscape Communicator 5 -in qaynaq kodlarını açdı. Kodlar o qədər pis vəziyyətdə idi ki, bir qrup maraqlılar yığışaraq kodu təzədən yazmaq qərarına gəldilər. Netscape-in daxili nüvəsinin adının şərəfinə yeni proyekt Mozilla adlandırıldı.

Ətraflı Oxu »

Nəyə Görə Ubuntu 12.04

Ubuntu – İnsanlıq üçün…

 

Ubuntu artıq Linux Distributerləri arasında xüsusi yer tutur. Çoxlu xüsusi funksiyalar, sürətli sistem, daima nəzarətdə olan qoruma, pulsuz sistem və proqramlar onu Əməliyyat Sistemləri arasında lider edir. Bu səbəbdən onun üstünlükləri haqda yazmaq istərdik. Ətraflı Oxu »

Ubuntu -da Hibernasiya Funksiyasının Bərpası

Ubuntu-da hibernasiya (kompüteri yuxu rejimə salma) problemli idi. Belə ki, bəzi kompüterlər bu funksiyanı dəstəkləmirdilər və hibernasiya rejiminə keçəndə xəta baş verirdi və yaddaşda saxlanılmayan məlumatlar itirdi. Uzun müzakirədən sonra belə qərara gəldilər ki, Ubuntu 12.04 versiyasında bu funksiyanı ləğv etsinlər və yalnız ubuntu sertifikatı almış kompüterlərdə, yani ubuntuda test edilmiş kompüterlərdə əgər bu funksiya dəstəklənirsə o zaman aktiv olur. Lakin siz də öz kompüterinizi test edib, işlədiyi təqdirdə hibernasiya funksiyasını aktiv edə bilərsiz. Ətraflı Oxu »

Age Of Empires Oyunu Artıq Linuxda – 0 A.D.

Yəqin bir çoxlarınız Windows ƏS-ləri üçün olan ən məşhur strategiya oyunu Age Of Empires oyununu tanıyırsınız. Bu oyun doğurdan da maraqlı və əyləncəlidir. Linux sistemlərində belə oyunlar çatışmırdı. Lakin nəhayət ki, həmin qrup proqramın Linux versiyasını hazırlayır. Oyunun linux versiyasının adı “0 A.D.” -dır.

0 A.D. Screenshot 10 A.D. Screenshot 2
0 A.D. Screenshot 30 A.D. Screenshot 3

Şəkillərdən də gördüyünüz kimi oyunun qrafikası yaxşıdır. Ubuntu-da test zamanı heç bir donma olmadı.

Oyunu Kompüterinizə yazmaq üçün Terminalda (Ctrl+Alt+T düyməsini basın açılacaq) növbə ilə aşağıdakı kodları əlavə edin:

Oyun hələ tam hazır deyil. Bu yalnız test versiyadır.

Əgər siz proqrammistsinizsə o zaman oyunun düzəldilməsinə buradan kömək edə bilərsiz.

Windows Sistemlərinin Şifrələrinin Sındırılması

Windows Əməliyyat Sistemlərini işlədənlərin əksəriyyəti kompüterə şifrə qoyurlar və çoxları vaxtaşırı şifrəsini dəyişir. Bəzən də elə olur ki, şifrə yaddan çıxır. Belə olduqda servis mərkəzi kompüterdə olan hər şeyi silib ƏS-i təzədən yazmağı məsləhət görürlər. İllərlə yığılmış faylların birdən silinməsi. Bu fikrimcə ən problemin həlli üçün ən pis yoldur. Ona görə də bu gün sizlərə Linux nüvəli LiveCD işlətməklə Windows ƏS-in şifrəsini qırmağı göstərəcəm. Aşağıdakı Videonu izləyin və şərh yazmağı unutmayın :)
Ətraflı Oxu »

Linux Sistemlərində Windows proqramlarının analoqları

Yəqin ki, əksər Windows istifadəçisi Linux haqqında eşidəndə bu sistemə keçmək istəyir,amma vərdiş etdiyi proqramlardan ayrıla bilmir. Bloqumuzun ingilis dilli versiyasında Proqramların Windows-dan Linuxa port edilməsi haqda yazmışdıq. Bu gün isə həmin proqramların Linux sistemi üçün yazılmış analoqlarından yazacıq.
Ətraflı Oxu »

Klassik Menyu İndikatoru – Ubuntu 11.10 və 11.04

Keçən dəfə Ubuntu 11.10 və 11.04 versiyalarında Gnome3-ə müəyyən qədər gnome2 dizaynının verilməsindən yazmışdım. Klassik menyuda bəzən nəyisə tapmaq unity-yə nəzərən rahat olur. Lakin eyni vaxtda həm klassik menyudan həm də unity-dən istifadə etmək mümkündür.
Launchpad-in istifadəçilərindən biri Florian Diesch Unity üçün klassik gnome 2 menyusunun indikatorunu hazırlayıb.
İndikatoru quraşdırmaq elə də çətin deyil. Sadəcə olaraq ClassicMenu Indicator faylını yükləyib install edin.Və unity-də classic yazıb, proqramı buraxın:
Ətraflı Oxu »

Ubuntuda PPA-nın Software Center-ə Əlavə Edilməsi

Linux nüvəli Əməliyyat Sistemlərində hər hansı bir paketi(proqramı) qurmaq üçün onu saytdan yükləyib,Terminalda əmrlər vermək lazım idi.Amma indi bu ƏS-lər daha rahat yollardan istifadə edirlər.
Ubuntuda bu PPA-dır. PPA bir növ developerin proqramlarını saxladığı qovluqdur. Məsələn, əgər sizə hər hansı proqram lazımdırsa, siz həmin proqramı düzəldən developerin və ya şirkətin PPA adresini Software Center-ə əlavə edirsiz və bundan sonra həmin proqramı Ubuntunun Tətbiqetmə Mərkəzindən (Ubuntu Software Center) rahat yazırsız.Həmçinin həmin proqramın yeni versiyası çıxanda update manager həmin ppa adresindən bunu öyrənib sizə xəbər verir.
Ətraflı Oxu »

Ubuntu 11.10 köhnə klassik gnome2 dizaynında

Ubuntu 11.04 Unity dizaynı ilə istifadəyə verildi.
Yeni dizayn çox rahatdır.Superkey (windows) düyməsi ilə paneli açıb, proqramları axtara, sol panelə ən çox işlətdiyiniz proqramları yığa bilərsiz:

Amma bir çoxları artıq əvvəlki gnome2 dizaynına vərdiş ediblər, və onlara köhnə dizayn daha rahat gəlir.Ona görə də Ubuntu 11.04 və 11.10-da köhnə dizaynın quraşdırılmasından yazacam.
Ətraflı Oxu »

Android Mobil ƏS – Tarixi

Android Google-a məxsus əməliyyat sistemidir (ƏS). Android Linux v2.6 nüvəsi ilə işləyir və bu ƏS-dən ağıllı telefon, kommunikator, planşet, rəqəmsal oxuducu, rəqəmsal foto-çərçivə, qol saatı, netbook, smartbook tipli cihazlarda işlədilir.
İlk dəfə olaraq 2002-ci ildə Amerika,Kalifornia ştatı, Palo-Alto-da bir qrup proqrammistlər yığılıb Android İnc. adı ilə mobil ƏS hazırlayırdılar. Bu vaxtlar Google şirkəti də mobil ƏS düzəltmək istəyirdi. Bu məqsədlə 2005-ci ilin İyul ayında Google Android İnc. şirkətini satın alır. Bununla Android-in yaradıcıları Əndi Rubin (Danger-i düzəldənlərdən biri), Riç Mayner (Wildfire-nin həmtəsisçisi), Nik Siyers (T-mobile kompaniyasının bir vaxtlar vitse-prezidenti), Kris Vayt (Web-TV -nin ilk mühəndislərindən) Google şirkətinə keçirlər. Həmin dövrdə çoxlarının Androiddən xəbəri yox idi və Google-un telefon bazarına çıxacağı söylənilirdi.
Ətraflı Oxu »

Switch to our mobile site